Röya bağ evinin müsadirə edilməsindən danışdı

Röya bağ evinin müsadirə edilməsindən danışdı
14:52 26 İyul 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, tanınmış sahibkar Çingiz Cəlilov həbs olunub. Onun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün obyektlər vergi borcuna görə möhürlənərək bağlanıb.

Çingiz Cəlilovun adına olan bağ evləri və Bakıda yerləşən yaşayış evlərinin də müsadirə olunduğu deyilir. 

Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının keçmiş gəlini, müğənni Röyaya bağışladığı Nabrandakı milyonluq bağ evi də var.

Milli.Az xəbər verir ki, məslə ilə bağlı metbuat.az-a açıqlama verən Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:

"Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR