Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu

Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu
15:17 26 İyul 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
 
UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.
 
O, Ukrayna KİV-də çalışan rusiyayönümlü jurnalistlərin xidmətlərindən istifadə edərək, hakimiyyət orqanları, ölkədəki vəziyyət və güc strukturların fəaliyyəti barədə məlumat toplayıb.
 
"O bu kimi məlumatlardan Ukraynadakı vəziyyəti tendensiyalı şəkildə işıqlandırmaq üçün istifadə edib", - deyə məlumatda bildirilir.
 
M. Knyazeva ölkədən çıxarılaraq Rusiyaya göndərilib, 3 il ərzində onun Ukraynaya girişinə qadağa qoyulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR