MKİ başçısı ABŞ üçün əsas təhlükələri açıqlayıb

MKİ başçısı ABŞ üçün əsas təhlükələri açıqlayıb
15:27 26 İyul 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ "Terrorizm və Şimali Koreya yaxın perspektivdə ABŞ-ın təhlükəsizliyi və maraqları üçün əsas təhlükədir". 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu MKİ-nin direktoru Mayk Pompeo bildirib. 
"Bunlar müxtəlif təhdidlərdir, bizim onlara cavabımız da müxtəlif olmalıdır. Amma bu gün onların hər biri düz qarşımızdadır. Belə ki, yaxın perspektivdə haqqında danışsaq, mən bu iki təhdidi birinci yerə yerləşdirdim", - MKİ başçısı "Washington Free Beacon" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin yeni administrasiyasının KXDR-a qarşı siyasəti yeni kəşfiyyat məlumatlarına əsaslanıb, və onlara əsasən Pxenyan nüvə başlıqlarının köməkliyi ilə yaxın illərdə ABŞ-a zərbə vura bilər.
"Bu, həqiqətən riskdir. Belə ola bilər ki, onlar raketi nüvə başlığı ilə təchiz edərək atəş acacaqlar. Bu pisdir. Biz bunun qarşısını almalıyıq. Amma real təhlükə də ondadır ki, onlar etibarlı proqram hazırlayaraq özlərini düşməndən qoruyacağına əmin olacaqlar", - M.Pompeo vurğulayıb.
MKİ-nin direktoru həmçinin qeyd edib ki, ABŞ KXDR-in təhlükəsinə cavab missiyası üzrə mərkəz yaradıb: "Gözləyirik prezident bizə nə vaxt gəlib deyəcək ki, diplomatiya tükənib, onda biz ona bir neçə variant təqdim edə biləcəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mki-bascisi-abs-ucun-esas-tehlukeleri-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR