Bu telefonlar gecə işləməyəcək

Bu telefonlar gecə işləməyəcək
15:42 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib.

Milli.Az xəbər verir ki, şirkət rəsmiləri "TOnem17" adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb.

Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq.

Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.

Telefonun 312 dollara satışa çıxarılacağı bildirilir. 12 yaşa qədər uşaqlar üçün telefondan saat 22:00-dan 06:00-dək avtomatik bloklanacaq. Məktəblər də daxil olmaqla, əvvəldən müəyyən edilmiş yerlərə gedərkən telefondan istifadənin məhdudlaşdırılacağı bildirilir. Hətta valideynlər gün ərzində də telefondan istifadəni məhdudlaşdıra biləcəklər. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR