Pentaqonun məxfi qrifli hesabatı üzə çıxdı - Gələn il gözlənilən QORXULU TOQQUŞMA

Pentaqonun məxfi qrifli hesabatı üzə çıxdı - Gələn il gözlənilən QORXULU TOQQUŞMA
15:43 26 İyul 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya gələn il ballistik nüvə raketinə sahib ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun məxfi qrifli hesabatında deyilir.

“Washington Post” nəşrinin məlumatına görə, Pentaqonun kəşfiyyat birliyi olan “Defence İntelligency Agency” (DİA) daha öncə Şimali Koreyanın ballistik nüvə raketinə 2020-ci ildə nail olacağını açıqlamışdı.

Əldə olunan son məlumatlarda isə Pxenyanın “təəccüblü dərəcədə texniki irəliləyişə nail olduğu” bildirilir.

DİA-nın hazırladığı son hesabatda Şimali Koreyanın 2018-ci ildə ballistik nüvə raketlərinə nail olacağı deyilir.

Ekspertlərə görə, Şimali Koreya gələn il istədiyinə nail olarsa, bu Koreya yarımadasında ciddi toqquşmalara səbəb ola bilər. Həmçinin, ABŞ-ın Pxenyanın qarşısını almaq üçün ciddi tədbirlərə əl atacağı gözlənilir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR