Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO
15:47 26 İyul 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, şəmkirli iş adamı Vəliyev Qulu oğluna 4 gün 4 gecə toy edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dəbdəbəli məclisin görüntüləri sosial şəbəkədə yayılıb və səs-küyə səbəb olub.

Bu gün isə iş adamının Şəmkirdə yerləşən villasının videosu paylaşılıb. Görüntünü əməkdar artist Vəfa Zeynalova İnstagram səhifəsində yayımlayıb.

Şiştəpə kəndində olan toya türkiyəli müğənni Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu "Kabriol" və başqaları dəvət olunub. 

Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.

Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR