Emin Ağalarov dünya şöhrətli qrupu Bakıya gətirdi - FOTO/VİDEO

Emin Ağalarov dünya şöhrətli qrupu Bakıya gətirdi - FOTO/VİDEO
16:03 26 İyul 2017
105 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur ifaçı Emin Ağalarov instaqram səhifəsindən dünya şöhrətli “Rammstein” qrupunun solisti Tille Lindemannın Azərbaycanın paytaxtı Bakıda olduğunu xəbər verib.

Publika.az xəbər verir ki, Emin Ağalarov dünya şöhrətli alman vokalçısının iyulun 27-dən 30-dək Bakıda keçiriləcək beynəlxalq "Jara" musiqi festivalında iştirak edəcəyini bildirib. Tanınmış bəstəkar və musiqiçi T.Lindemannı festivalın “İlk inanılmaz qonağı" kimi təqdim edib.

Məlumat üçün bildirək ki, kult alman rok qrupu “Rammstein” 1994-ci ilin yanvarında Berlində yaranıb. Metal musiqi topluluğuna daxildir. Janrları industrial metal tərzindədir. Əksəriyyəti almanca mahnılardan təşkil olunsa da ingilis, ispan, rus və fransız dilində də mahnıları var. 1994-cü ildə qurulan qrupun dünya üzrə 35 milyon albom satılıb. “Rammstein" ABŞ daxil olmaqla bir çox ölkələrdə mükafatlar qazanıb, səhnə şoularıyla məşhurlaşıb. Qrup öz adını Ramstein hava qəzasından götürüb. Və qarışıqlığa yol açmaması üçün "m" hərfi əlavə edilib.

Qrupun tərkibi heç vaxt dəyişməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/207590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR