Yunanıstanda Rusiya vətəndaşı 4 mlrd. dolların bitkoin vasitəsilə "yuyulmasına" görə saxlanılıb

Yunanıstanda Rusiya vətəndaşı 4 mlrd. dolların bitkoin vasitəsilə "yuyulmasına" görə saxlanılıb
16:07 26 İyul 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ / Yunanıstan polisi bitkoin vasitəsilə pulların "yuyulması"nda şübhəli bilinərək ABŞ tərəfindən axtarışda olan Rusiya vətəndaşını saxlayıb. 
Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.
Belə ki, 38 yaşlı rusiyalı iyulun 25-də səhər saatlarında Saloniki şəhərində saxlanılıb. Polisin məlumatına görə, o, 2011-ci ildən cinayətkar təşkilata rəhbərlik edib. Bu dövr ərzində qrup iştirakçıları ən azı 4 mlrd. ABŞ dollarını leqallaşdırıb.
Həbs ABŞ-ın sorğusu əsasında baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanda-rusiya-vetendasi-4-mlrd-dollarin-bitkoin-vasitesile-yuyulmasina-gore-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR