Türkiyə bu il bərpa olunan enerjiyə sərmayəni 37% artırıb

Türkiyə bu il bərpa olunan enerjiyə sərmayəni 37% artırıb
16:37 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyə bu ilin I yarısında bərpa olunan enerji mənbələrini dəstəkləmə mexanizmi çərçivəsində istehsal olunan elektrik enerjisi üçün stansiyalara 8,5 mlrd. lirə (TRY) həcmində dəstək verib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu miqdar ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5% çoxdur.
Mexanizm çərçivəsində stansiyalarda ümumilikdə 27,944 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövründən 4,5% çoxdur.
Bu istehsal isə I yarımillikdə istehsal olunan elektrik enerjisinin 20%-ni təşkil edib.
Hesabat dövründə dəstək mexanizmi çərçivəsində stansiyalarda istehsal olunan elektrikin 60,6%-i su, 27%-i külək, 8,1%-i geotermal, 4,3%-i bioqaz, biokütlə və günəş enerjisi stansiyalarının payına düşüb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiye-bu-il-berpa-olunan-enerjiye-sermayeni-37-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR