Ağac kəsdi, 2 min manat ödəyəsi oldu

Ağac kəsdi, 2 min manat ödəyəsi oldu
16:48 26 İyul 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov ağac kəsdiyinə görə cərimələnib.

Publika.az xəbər verir ki, 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N.Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR