Portuqaliyada yanğın tüğyan edir - 1,7 min yanğınsöndürən cəlb edildi

Portuqaliyada yanğın tüğyan edir - 1,7 min yanğınsöndürən cəlb edildi
16:52 26 İyul 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliyada tüğyan edən yanğının qarşısını almaq üçün 1,7 min yanğınsöndürən cəlb edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmçinin 17 yanğınsöndürən təyyarə də alovla mübarizə aparır.

Ən təhlükəli yanğın ocağı Lissabondan 200 kilometr şimalda Makao şəhərinin ətrafındadır. Şəhər meri elan edib ki, fermerlərə yanğın nəticəsində ciddi ziyan dəyib.

Hazırda Portuqaliya ərazisinin 70 faizi güclü quraqlıqdan əziyyət çəkir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR