Geyim dükanında satıcı işləyən qız özünü öldürmək istədi - FOTO

Geyim dükanında satıcı işləyən qız özünü öldürmək istədi - FOTO
17:17 26 İyul 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Kayseridə 21 yaşlı Ö.G. çalışdığı alış-veriş mərkəzinin yuxarı mərtəbəsinə çıxaraq intihar etmək istəyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, geyim mağazasında işlədiyi deyilən Ö.G.-nın intihar etmək istədiyini görən vətəndaşlar dərhal polis və təcili yardım qruplarına bildiriblər. Hadisə yerinə gələn xilasetmə əməkdaşları Ö.G-nin özünü atma ehtimalına qarşı qoruyucu yastıqlar çıxarıblar.

Polislər qızın yanına gedərək intihar fikrindən daşındırmağa çalışıblar. Təxminən 45 dəqiqə davam edən dialoq öz nəticəsini verib. Polis maşınına mindirilən Ö.G. polis bölməsinə aparılıb.

Məhəmməd Vaqif

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR