Keçid balı 150-yə endirilən ixtisasların sayı artdı

Keçid balı 150-yə endirilən ixtisasların sayı artdı
17:23 26 İyul 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi ali təhsil müəssisələrinin qəbul müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlərın seçə biləcəyi ixtisasların sayı artırılıb.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“Abituriyent” jurnalının 4-cü sayında ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisas seçiminə aşağıdakı şərtləri ödəyən abituriyentlər buraxılır (I ixtisas qrupu üzrə) hissəsinə (səh.2) əlavələr edilib.

Həmin bölmədə qeyd olunan ixtisaslarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının da həm dövlət sifarişi, həm də ödənişli əsaslarla ayrılan yerləri üzrə müsabiqədə ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/207599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR