AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"

AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"
17:37 26 İyul 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsullar yalnız daxili bazar üçün deyil, eyni zamanda xarici bazar üçün nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair sazişin imzalanması mərasimində YTP-nin direktoru Vüqar Babayev deyib.

V.Babayev Azərbaycanda elm potensialından istifadə edərək innovativ layihələrin istehsalata ötürülməsinin vacibliyini vurğulayıb.

"EPC Group"un baş direktoru Məhəmməd Miyabi rəhbər rəhbərlik etdiyi şirkətin elmi tədqiqatlar və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlığa maraqlı olduğunu bildirib.

O deyib ki, əsasən mühəndislik üzrə ixtisaslaşan "EPC Group" böyük biznes komandasına və investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Müxtəlif ixtiraların, elmi tədqiqatların nəticələrinin tətbiqini həyata keçirən "EPC Group" texnologiyaların inkişafının uğurlu nəticələrini mövcud beynəlxalq şəbəkə imkanlarından istifadə edərək kommersiyalaşdırmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, sazişdə "EPC Group"un fəaliyyəti üçün AMEA YTP-ə aid sənaye sahəsində lazımi şəraitin təmin olunması nəzərdə tutulub.

Əməkdaşlıq çərçivəsində "EPC Group" ilə AMEA Yüksək Texnologiyalar Parkına təqdim olunan və Texnoloji Transfer xidmətindən keçən bir sıra layihələrin müəllifləri arasında investisiya tərəfdaşlığına dair sənədlər imzalanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR