Bakıda itən uşaq avtobusda tapıldı - FOTO

Bakıda itən uşaq avtobusda tapıldı - FOTO
17:42 26 İyul 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 16:05 radələrində "BakuBus"a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

"BakuBus"-ın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aidiyyatı orqanlara, həmçinin "BakuBus"a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi "BakuBus"a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR