Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO
18:04 26 İyul 2017
154 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, şəmkirli iş adamı Vəliyev Qulu oğluna 4 gün 4 gecə toy edib.
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, dəbdəbəli məclisin görüntüləri sosial şəbəkədə yayılıb və səs-küyə səbəb olub.
 
Bu gün isə iş adamının Şəmkirdə yerləşən villasının videosu paylaşılıb. Görüntünü əməkdar artist Vəfa Zeynalova İnstaqram səhifəsində yayımlayıb.
 
Şiştəpə kəndində olan toya türkiyəli müğənni Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət olunub. 
 
Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.
 
Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR