Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var
18:17 26 İyul 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var. 
"Report"un məlumatına görə, qəzalardan biri Azərbaycan, digəri Ermənistan ərazisində qeydə alınıb.
Belə ki, bir neçə gün əvvəl axşam saatlarında Tonaşen-Madaqiz istiqamətində hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Hadisə nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Ağdərə hospitalına yerləşdiriliblər.
Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Belə ki, şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeni-herbciler-yol-qezasina-dusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR