Fəxrəddin Manafov sevənləri ilə görüşəcək

Fəxrəddin Manafov sevənləri ilə görüşəcək
18:32 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Fəxrəddin Manafov sevənləri ilə görüşəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, görüş avqustun 2-də YARAT Müasir İncəsənət Məkanında baş tutacaq. 

Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək. F.Manafov ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək. 

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi "Təhminə" filmi nümayiş olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/566863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR