Türkiyədə toyuq fermasında 1 ton heroin tapıldı

Türkiyədə toyuq fermasında 1 ton heroin tapıldı
18:37 26 İyul 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İstanbul polisi Sakarya rayonunun Hendek qəsəbəsində bir toyuq fermasında əməliyyat keçirib.
 
Fermadan narkotik vasitə emalatxanası yaradıldığı, binalar arasında tunellərlə əlaqə yaradıldığı üzə çıxıb. Emalatxanada heroinlə doldurulmuş paketlər və heroin istehsalında istifadə edilən kimyəvi maddələr tapılıb.  Ümumilikdə, fermada 1 ton heroin aşkarlanıb. Bununla da Türkiyədə son 15 ildə ən böyük həcmdə heroin aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 nəfər saxlanılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR