Erməni hərbçiləri qəzaya düşdü - 4 yaralı

Erməni hərbçiləri qəzaya düşdü - 4 yaralı
18:37 26 İyul 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya düşməsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus "Ural" markalı yük avtomobili dağ yolunda aşıb. Hadisədə üç əsgər xəsarət alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan qəza törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR