"Sevib evlənməmişəm..." - Ruslan Abışov - FOTO

"Sevib evlənməmişəm..." - Ruslan Abışov - FOTO
18:37 26 İyul 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ən böyük arzum "Real Madrid"də oynamaq olub. 20 yaşım olsaydı, bəlkə də düşünərdim. Amma indi 30-a doğru gedirəm, artıq gecikmişəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin və "İnter"in futbolçusu Ruslan Abışov deyib. "Hər şey daxil" verilişinin qonağı olan futbolçu Ronaldonun pərəstişkarı olduğunu söyləyib.

R.Abışov şəxsi həyatından bəhs edib:

"Sevib evlənməmişəm. Ailəmin məsləhəti ilə ailə qurmuşam. Amma xoşbəxtəm ki, ailəm belə bir xanım seçib. İstəyərdim mənim də övladım gələcəkdə futbolçu olsun.

Sevgi xəstəsi deyiləm. Hansısa qız üçün dəli olmaram. Əsas aradakı hörmətdir. Mənim əsl sevdiyim anamdır".

Abışov nişan üzüyü taxmamağının səbəbini açıqlayıb:

"Futbol oynayırıq deyə məşqdə icazə vermirlər. Hakimlər buna icazə vermirlər. Rəqibə zərbə yetirə bilərik. Məncə əsas xanımınla aranda olan hörmətdir, üzüyü taxmağın mənası yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR