Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb

Azərbaycan və İndoneziya əməkdaşlıq haqqında memorandum imzalayıb
18:47 26 İyul 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Cakartada Azərbaycan prezidenti yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
"Report"un məlumatına görə, İndoneziyada dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan memorandumu hər iki qurumun rəhbərləri İnam Kərimov və Asman Abnur imzalayıblar.
İmzalanma mərasimdən sonra İ.Kərimov Azərbaycan-İndoneziya dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirən nazir A.Abnur növbəti illərdə bu modelin İndoneziyada uğurla tətbiqinə əminliyini ifadə edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın İnvestisiya Əlaqələndirmə Şurası, Ədliyyə və İnsan Hüquqları Nazirliyində görüşlər keçirib, Cakarta şəhərinin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin nümayəndə heyəti həmçinin Bali adasının Denapasar şəhərinin meri ilə görüşüb, şəhərin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzində olub.
Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev və Azərbaycanın İndoneziyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycan-ve-i-ndoneziya-emekdasliq-haqqinda-memorandum-imzalayib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR