""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti

""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti
18:47 26 İyul 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Şerif" oyunu haqda fikirlərini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qurum rəhbəri son çempionunun Albaniyanın "Kukesi" klubuna evdə 1:0 hesabı ilə gəldiyi ilk oyundan sonra iradlarını söyləyib.

Bu da Tiraspöul klubunun italiyalı baş məşqçisi Roberto Bordinin meydanda ümumi komanda intizamının qaydasına salması ilə bağlı olub:

"İndi bu baxımdan vəziyyət yaxşı olub. Ancaq istənilən halda, "Şerif"in futbolçuları ötürmələrdə çoxlu xətaya verir. Bu da topu almaq uğrunda mübarizədə çox güc aparır. Hesab edirəm ki, çempionatda son oyun komandanın xeyrinə olub. "Zimbru"yla Tiraspoldakı həmin matçda "Şerif" hesabda 2:1 irəlidə olsa da. son dəqiqələrdə qələbəni əldən buraxıb".

Çebanu "Şerif"in "ikinci nömrə"ylə oynaması ilə bağlı fikir bildirənlərlə razılaşmadığını söyləyib: "Tiraspollu futbolçular nəticəyə oynayırdılar. Buna da nail oldular. "Şerif" "Qarabağ"dan güclüdü, ona görə də Çempionlar Liqasında çıxışını davam etdirməlidi. Ancaq futbolda hər şey olur. Növbəti mərhələyə heç də həmişə güclü komanda çıxmır".

Xatırladaq ki, komandalar Bakıda qolsuz bərabrəlik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR