Ukraynanın məşhur konserni ləğv edilir

Ukraynanın məşhur konserni ləğv edilir
18:52 26 İyul 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hökuməti "Antonov" konsernini payızda ləğv edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hökumətin qərarında bildirilib.

Sənəddə vurğulanır ki, üç aydan sonra Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Yuri Brovçenkonun başçılıq etdiyi komissiya konsernin ləğvetmə balansını Nazirlər Kabinetinə təqdim etməlidir.

"Antonov"un ləğv olunması barədə qərar 2016-ci ilin əvvəlində qəbul olunub. Belə ki, konserni təşkil edən üç müəssisə onun tərkibindən çıxaraq "Ukroboronprom" konserninə daxil edilib.

Xatırladaq ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində Azərbaycanda "An-178" tipli 12-15 təyyarənin tikintisi üzrə istehsalat xəttinin yaradılması haqqında razılaşma əldə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR