"Qəbələ"nin rəqibi: "Bu intiqam məsələsi deyil"

"Qəbələ"nin rəqibi: "Bu intiqam məsələsi deyil"
19:07 26 İyul 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Belə vaxtda məşqçilər komandanın 100 faiz hazır olduğunu deyir, amma mən belə demirəm. Hazırlıq dövründə bəzi problemlərimiz oldu. Bəzi oyunçularımız lazım olan qədər oynamaq imkanı əldə etmədi. Amma oyuna yaxşı hazırlaşmışıq. Psixoloji cəhətdən 100 faiz hazırıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis deyib.


Sabah Avropa Liqasında "Qəbələ"ni qonaq edəcək Yunanıstan klubunun baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Marinos Ozunidis "Qəbələ" haqqında müsbət fikirlər səsləndirib: "Rəqib intizamlı və yaxşı təkşilatlanmış komandadı. Hücuma bəzən 7-8 oyunçu ilə keçirilər. Hər iki oyun olduqca ağır keçəcək. Cütün taleyinin ilk matçda həll olunacağını düşünmürəm"


İki il əvvəl "Qəbələ" “Panatinaikos”u Avroliqanın "pley-off" mərhələsində mübarizədən kənarlaşdırmışdı. Rəqib baş məşqçi qisas haqqında düşünmədiklərini bildirib: "Bu hadisə iki il əvvəl baş verib. Onda müəyyən çətinliklər var idi. Bunun rəqiblə əlaqəsi yox idi. "Qəbələ" təcrübəli komandadı. Onların “Yagelloniya” ilə Polşadakı oyunlarına baxdım. Bundan əvvəl “Lill” və “Panatinaikos”u udublar. Rəqib güclüdü. Bu intiqam məsələsi deyil. Sadəcə onlardan yaxşı oynamağa məcburuq".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-rqibi-quotbu-intiqam-mslsi-deyilquot-t59540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR