Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat saat 18:30-da başa çatıb.
Milli.Az