ABB-nin kreditorlarının əksəriyyəti öhdəliyin dövlət qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib

ABB-nin kreditorlarının əksəriyyəti öhdəliyin dövlət qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib
19:37 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Üstün hüquqa malik təminatsız borclar üzrə kreditorların əksəriyyəti Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restruktizasiyası planında təklif edilən II variantı- öhdəliyin illik 3,5% gəlirlə 15 illik (2032-ci ilədək) Azərbaycan dövlət qiymətli kağızlarına dəyişdirilməsini seçib.
“Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.
Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restruktizasiyası ilə bağlı səsvermənin nəticələrinə əsasən, əsas kreditorların 1,7%-i I variantı, 50,2% ikinci variantı, 48,1% üçüncü variantı seçib.
I variant- ABB-nin hazırki öhdəliyinin illik 5,125%- gəlirliliklə 12 illik (2029-cu ilədək)Azərbaycanın dövlət qiymətli kağızlarına dəyişdirilməsini, II variant- ABB-nın öhdəliyinin illik 3,5% gəlirlə 15 illik (2032-ci ilədək) Azərbaycan dövlət qiymətli kağızlarına dəyişdirilməsini, III variant -öhdəliyin 3,5% gəlirlə ABB-nin 7 illik (2024-cü ildədək) yeni istiqaraz buraxılışına dəyişdirilməsini nəzərdə tuturdu.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunub.
Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94.1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93.9%-i planın lehinə səs verib.Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatankreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.
Xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə - Ticarət yönümlü təminatsız borclar, Üstün hüquqa malik təminatsız borclar və Subordinasiya kreditinə aiddir.
https://www.ibar.az/site/assets/files/3434/20170523_-_iba_investor_presentation_vf.pdf

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-nin-kreditorlarinin-ekseriyyeti-ohdeliyin-dovlet-qiymetli-kagizlarina-deyisdirilmesi-variantini1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR