Saakaşvilinin vətəndaşlığı əlindən alındı

Saakaşvilinin vətəndaşlığı əlindən alındı
20:08 26 İyul 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

Publika.az "vesti.ru"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR