Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO
22:57 26 İyul 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Ona hədiyyə olunan kitabları velosipedlə kənd kənd gəzərək uşaqlara paylayır.

Milli.Az bildirir ki, Lənkəranın Gəgiran kəndində tarix müəllimi olan 26 yaşlı Həbib Əlizadə ona hədiyyə olunan test və ya digər uşaqların oxuya biləcəyi kitabları məktəblilərin özlərinə paylamaq qərarına gəlib. Bunun üçün kitabları çantasına yıgıb velosipedlə Astaranın ayrı-ayrı kəndlərinə gedir.

Həbib müəllim bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmələri üçün edir. O,veloturla hələlik 6 kəndə gedib.Harada məktəbli görürsə velosipedini saxlayır, çağırıb kitab hədiyyə edir.

Həbib Əlizadə yay tətili boyunca bu işinə davam edəcək. Müəllim getdiyi kəndlərin qısa videolarını sosial şəbəkələrdə paylaşır. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR