Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
23:27 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 51,13 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,36 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, u barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 50,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 25-də 48,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 25-də 49,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/566995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR