Bakıda qardaş qısqanclıq zəminində bacısına 13 bıçaq zərbəsi vurdu

Bakıda qardaş qısqanclıq zəminində bacısına 13 bıçaq zərbəsi vurdu
23:38 26 İyul 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qardaş bacısını bıçaqlayıb.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şəridli küçəsində baş verib.

1990-cı il təvəllüdlü Alıyeva Tahirə Barat qızı yaşadıqları evdə qardaşı ilə mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Qardaş bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə 27 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR