Tillerson istefa xəbərlərini təkzib etdi

Tillerson istefa xəbərlərini təkzib etdi
00:29 27 İyul 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini bəyan edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Qətərin XİN rəhbəri ilə görüşündən əvvəl deyib.

 

“Mənim Dövlət Departamentindən getmək niyyətim yoxdur. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam”, deyə R.Tillerson qeyd edib.

 

O, prezident D.Trampla yaxşı münasibətdə olduğunu da vurğulayıb.  

 

Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR