ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var
00:32 27 İyul 2017
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ-ın Yuta ştatında yüngül mühərrikli təyyarə şoseyə düşüb.
"Report" xəbər verir ki, bu barədə "Breaking911" məlumat yayıb.
Ştat rəsmilərinin məlumatına görə, qəza nəticəsində ölənlər var, lakin onların sayı məlum deyil.
Hadisə Riverdeyl şəhəri ərazisində baş verib. Hazırda təyyarənin hara getdiyi, habelə göyərtəsində neçə nəfərin olduğu məlum deyil.
Hava gəmisi Riverdeyl-roud şosesinin şimal hissəsinə düşüb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-teyyare-avtomobil-yoluna-dusub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR