Ev balığını öldürən şəxsə 4 ay həbs verildi

Ev balığını öldürən şəxsə 4 ay həbs verildi
00:33 27 İyul 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın Konnektikut ştatının sakini Xuan Veqa ailə münaqişəsi zəminində akvarium balığını öldürdüyünə görə, 120 gün müddətinə həbs olunub.

"Report" xəbər verir ki, bu ilin aprelində kişi bir yerdə yaşadığı qadınla mübahisə edib və evdə qarışıqlıq salıb.

Bu zaman o, əlinə keçən akvarium balığını ikiyə bölüb.

Qadının mübahisə şahidi olan 9 yaşlı oğlu bildirib ki, hadisə nəticəsində onun siam xoruzu kimi də tanınan döyüşkən balığı ölüb.

Prokuror bildirib ki, uşaq balığın ölümündən sarsıntı keçirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR