Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

Goranboyda maşın aşdı - Yaralananlar var  - FOTO
00:48 27 İyul 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda avtomobil qəzası baş verib. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Goranboy-Tərtər avtomobil yolunun Xanqərvənd kəndindən keçən hissəsində, təmir işləri görülən avtomobil yolunda baş verib. Sürücü yol işarələrinə riayət etmədən qadağan olunmuş yolla gedib. Bu zaman dövlət nömrə nişanı "31-BG-207" olan "VAZ-2104" markalı avtomobil yolun kənarında qazılmış xəndəyə düşüb.

Nəticədə Goranboy rayon Xanqərvənd kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğlu, onun həmkəndlisi 1978-ci il Əliyev Vuqar Hüseyn oğlu və Bakı şəhər Suraxanı rayon sakini, avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü, Əliyev Ramiz Nəsirəddin oğlu ağır xəsarət alıb. Yaralıları yaxınlıqdan keçən taksi sürücüsü öz avtomobili ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Hazırda yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/207639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR