"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO
02:03 27 İyul 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi” PFK Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Publika.az klubun saytına istinadən xəbər verir ki, komandamız Almaniyanın "Şalke” klubu ilə qarşılaşıb.

Noykirxen-am-Qrosfenediqer şəhərindəki "Sportzentrum” stadionunda baş tutmuş görüş 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

"Neftçi” qarşılaşmaya bu heyətlə çıxıb: Səlahət Ağayev, Məqsəd İsayev (Ömər Buludov, 73), Kirilo Petrov, Pavel Dreksa (Rahil Məmmədov, 73), Məhəmməd Mirzəbəyov (Rəhman Hacıyev, 63), Ruslan Abışov, Tərzin Cahangirov, İqnasio Errera (Edson Kastilyo, 73), Namik Ələskərov (Mirabdulla Abbasov, 73), Elnur Cəfərov (Fəhmin Muradbəyli, 46), Daniel Seqoviya (Uqo Barqas, 46).

"Neftçi” ikinci yoxlama oyununu iyulun 30-da BƏƏ-nin "Əl Ain” klubuna qarşı keçirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/207643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR