Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”

Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”
06:34 27 İyul 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

“Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mənim bir ölkənin vətəndaşıyam, oda Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”

 

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın eks-prezidenti, Ukraynanın  Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.

 

“Hazırda ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq! Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”, Saakaşvili qeyd edib.

 

O, qanunda nəzərdə tutulan  imkanlardan  istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.

 

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR