Avropa Liqası: “Qəbələ” növbəti oyununa çıxır

Avropa Liqası: “Qəbələ” növbəti oyununa çıxır
07:29 27 İyul 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxacaq.

 

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

 

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

 

İki il əvvəl də bu arenada uğur qazanan “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı – 2:2. İki ildə rəqiblərin heyətlərində ciddi islahatlar baş versə də, meydan sahibləri revanş, təmsilçimiz isə uğurunun ardını gətirmək üçün mübarizə aparacaq.

 

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

 

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Afina. “Apostolos Nikolaidis” stadionu

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR