Şəbəkə yemək resepti verəcək

Şəbəkə yemək resepti verəcək
07:37 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu yeməyin inqrediyentlər siyahısını və hazırlanma reseptini onun fotoşəkilinə görə tərtib edən neyron şəbəkə hazırlayıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, alqoritmin təlimi üçün müəlliflər tərəfindən yaradılan müxtəlif kulinariya saytlarından bir milyon resepti özündə birləşdirən "Recipe1M" açıq məlumatlar bazasından istifadə olunub. Reseptin hər birinə xörəyin adı, onun fotoşəkili, inqrediyentlər siyahısı, eləcə də hazırlanma üzrə təlimat daxildir.
 
Məlumata görə, məlumat bazası vasitəsilə tədqiqatçılar neyron şəbəkəni fotoşəkil əsasında yeməyin tərkibini və reseptini müəyyənləşdirməyi öyrədiblər. Alqoritm əksinə də işləyə bilir və yeməyin şəkilini yüklənən resept əsasında göstərir.   
 
Bildirilir ki, neyron şəbəkə öyrədildikdən sonra tədqiqatçılar tərəfindən sorğu əsasında onun işinin dəqiqliyi qiymətləndirilib. Sorğu zamanı sadə insanlara yeməyin şəkilini 10 reseptdən biri ilə tutuşdurmaq təklif olunub. Sorğu iştirakçılarının məhsuldarlığı 81,6 faiz təşkil etdiyi halda neyron şəbəkənin reseptlərin hazırlanmasında dəqiqliyi 83,6 faizə bərabər olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR