Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək
07:42 27 İyul 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya" "Zirə"ni mübarizədən kənarlaşdırmış Rumıniya "Astra"sının qonağı olacaq.
Bakı "İnter"ini üstələmiş Lüksemburqun "Fola Eş" klubu isə Türkiyənin "Qalatasaray" komandasını keçən "Ostersun"la İsveçdə üz-üzə gələcək.
Ümumilikdə 29 oyun keçiriləcək ki, onlardan biri Yunanıstan "Panatinaikos"u ilə Azərbaycan təmsilçisi "Qəbələ" arasında olacaq.
Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Mlada Boleslav” (Çexiya) - "Skenderbeu” (Albaniya)
20:30. "Olimpik” (Donetsk, Ukrayna) - PAOK (Yunanıstan)
20:30. "Trakay” (Litva) - "Şkendiya” (Makedoniya)
20:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Panionios” (Yunanıstan)
21:00. "Suduva” (Litva) - "Syon” (İsveçrə)
21:00. AİK (İsveç) - "Braqa” (Portuqaliya)
21:00. AEK (Kipr) - "Dinamo” (Minsk, Belarus)
21:00. "Utrext” (Hollandiya) - "Lex" (Poznan, Polşa)
21:00. "Ostersun" (İsveç) - "Fola Eş” (Lüksemburq)
21:00. "Şturm” (Avstriya) - "Fənərbağça" (Türkiyə)
21:00. "Krasnodar" (Rusiya) - "Lünqbü” (Danimarka)
21:00. PSV (Hollandiya) - "Osiyek” (Xorvatiya)
21:30. "Bney Yehuda” (İsrail) - "Zenit” (Rusiya)
21:30. "Botev" (Plovdiv, Bolqarıstan) - "Maritimu” (Portuqaliya)
21:30. "Astra” (Rumıniya) - "Aleksandriya" (Ukrayna)
21:30. "Dinamo” (Buxarest, Rumıniya) - "Atletik” (Bilbao, İspaniya)
22:00. "Brondbü” (Danimarka) - "Hayduk" (Split, Xorvatiya)
22:00. "Universtatya” (Krayova, Rumıniya) - "Milan" (İtaliya)
22:00. "Arka” (Polşa) - "Midtyulland” (Danimarka)
22:30. "Srvena Zvezda” (Serbiya) - "Sparta” (Çexiya)
22:30. "Gent” (Belçika) - "Altax” (Avstriya)
22:30. "Bordo" (Fransa) - "Videoton” (Macarıstan)
22:30. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
22:45. "Marsel” (Fransa) - "Ostende” (Belçika)
22:45. "Aberdin" (Şotlandiya) - "Apollon” (Kipr)
22:45. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Odd” (Norveç)
23:05. "Frayburq” (Almaniya) - "Domjale” (Sloveniya)
23:05. "Everton” (İngiltərə) - "Rujomberok” (Slovakiya)
23:05. "Austriya” (Avstriya) - AEL (Kipr)
Qeyd edək ki, cavab görüşləri avqustun 3-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinda-iii-tesnifat-merhelesinin-ilk-oyunlari-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR