Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB

Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB
07:42 27 İyul 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlar başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün ərzində 15 qarşılaşma baş tutub. 

İkinci oyun günündə baş tutan matçlarda "Astana" "Legiya"nı məğlub edib. "Zalsburq"un "Riyeka" ilə bərabərliyə razılaşıbsa, "Vitorul" debütdə APOEL-i məyus edə bilib.

Türkiyə təmsilçisi "Başakşəhər" də meydana çıxıb. Qonşularımız səfərdə "Brügge" ilə qollu heç-heçə edib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi 

26 iyul

"Astana" (Qazaxıstan) - "Legiya" (Polşa) - 3:1

Qollar: Kabananqa, 36, Maeski, 45, Tvumasi, 90 - Sadiku, 79

"Dinamo" (Kiyev, Ukrayna) - "Yanq Boyz" (İsveçrə) - 3:1

Qollar: Yarmolenko, 15, Mbokani, 34, Qarmaş, 90+3 - Fassnaxt, 90+1

"Zalsburq" (Avstriya) - "Riyeka" (Xorvatiya) - 1:1

Qollar: Hvanq Hi Çan, 49 - Qavranoviç, 30
 

"Hapoel" (Beer Şeva, İsrail) - "Ludoqorets" (Bolqarıstan) - 2:0

Qollar: Nvakaeme, 20, Ohana, 79
 

"Vitorul" (Rumıniya) - APOEL (Kipr) - 1:0

Qol: Qanea, 75
 

"Maribor" (Sloveniya) - "Hafnarfyordur" (İslandiya) - 1:0

Qol: Tavares, 54
 

"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 0:0
 

"Nitsa" (Fransa) - "Ayaks" (Hollandiya) - 1:1

Qollar: Balotelli, 32 - van de Bik, 49
 

"Brügge" (Belçika) - "Başakşəhər" (Türkiyə) - 3:3

Qollar: Bonaventura, 6, Densvill, 16, 79 - Mossoro, 59, 74, Elia, 64

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR