Avropa Liqası: “Qəbələ”nin “Panatinaikos” sınağı

Avropa Liqası: “Qəbələ”nin “Panatinaikos” sınağı
08:03 27 İyul 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxacaq.

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdır. “Qırmızı-qaralar” Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

Avropa Liqası. III təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/207642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR