Malidə helikopter qəzası: ekipaj həlak oldu - YENİLƏNİB

Malidə helikopter qəzası: ekipaj həlak oldu - YENİLƏNİB
08:27 27 İyul 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Malidə sabitləşdirilmə üzrə BMT missiyası Qao əyalətində qəzaya uğramış helikopterdə olan 2 sülhməramlının ölümünü təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"İlkin məlumatlar göstərir ki, qəza texniki nasazlıq səbəbindən baş verib. Başlanılan araşdırma qəzanın səbəblərini dəqiq müəyyənləşdirəcək. Helikopetrin göyərtəsində 2 sülhməramlı olub, təəssüf ki, onlar həlak olublar", - bəyanatda deyilir.

26.07..2017

22:50

Malidə göyərtəsində 2 BMT sülhməramlılsı olan Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, helikopterdə olan sülhməramlıların öldükləri və ya sağ qalmaları barədə məlumat yoxdur. Hadisə yerinə xilasedicilər yola düşüblər.

Qeyd edək ki, ötən il BMT Təhlükəsizlik Şurası Malidə əsas yaşayış məntəqələrinin sabitləşməsi üçün yeni sülhməramlı missiyanın (MİNUSMA) yerləşdirilməsinin zəruriliyini təsdiqləyib.

Malidə 2013-cü il fevralın 11-dən 4 min Fransadan olan və 6 min Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi dövlətlərindən olan hərbçilər hərbi əməliyyatlar keçirirlər. İyun ayının sonunda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Qətnaməyə əsasən, indi orada sülhməramlı funksiyaları ilə 11,2 min hərbçidən və 1440 polisdən ibarət "MINUSMA" kontingenti məşğul olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/567003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR