Astarada müəllim velosipedlə kəndləri gəzərək kitab payladı - VİDEO

Astarada müəllim velosipedlə kəndləri gəzərək kitab payladı - VİDEO
08:28 27 İyul 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Videonun qəhrəmanı Həbib Əlizadə 1991-ci ildə Astara rayonunun Şüvi kəndində anadan olub. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015-ci ildən Lənkəranın Gəgiran kəndində təyinat üzrə tarix fənnindən dərs deyir.

Publika.az xəbər verir ki, öz velosipedi ilə Astaranın kəndlərini gəzib uşaqlara kitabpaylayan müəllim bu layihəsini videoya çəkib. Görüntülər sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Həbib müəllim fikirlərini belə ifadə edib: “Mən velosiped sürməyi çox xoşlayıram. Düşündüm ki, kitabları da götürüb gəzdiyim yerlərdə uşaqlara hədiyyə edim. Beləliklə işə başladım. Ümid edirəm yaxın həftələrdə xeyli kəndə gedəcəyəm. Bu ilk mənim işimdir. Hələ ki, 3 kəndə getmişəm. Kitabların bir hissəsini işlədiyim Lənkəranın ucqar kəndi Gəgiranda paylamışam. Velosipedlə hələ ki, Astarada kəndləri gəzirəm. Veloturla yolum 3 kənddən keçib. Harada məktəbli görmüşəmsə, velosipedimi saxlamışam. Çağırıb kitab hədiyyə etmişəm. Yaxın günlərdə yenə davam edəcəyəm. Yay tətili boyunca bu işimə davam etmək fikrindəyəm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/207645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR