Wi-Fi emosiyaları müəyyənləşdirəcək

Wi-Fi emosiyaları müəyyənləşdirəcək
08:42 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri "Wi-Fi" şəbəkəsi və süni intellekt vasitəsilə insanın keçirdiyi hissləri müəyyənləşdirməyə imkan verən alqoritm yaradıblar. "EQ Radio" adlanan sistem elektrokardioqram cihazı kimi işləyir: radiotezlik şüalandırıcısı ürək əzələsinin yığılmasını aşkarlayır, süni intellekt isə əldə olunan informasiyanı interpretasiya edir.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni sistem bir tərəfdən elektrokardioqram aparatından fərqli olaraq elektrodların insan bədəninə qoşulmasını tələb etmir - onun emosional vəziyyətini naqillərsiz müəyyənləşdirir. Digər tərəfdən, alqoritmlər ürək döyüntüsünün ritmini elektrokardioqraf kimi dəqiq təyin edə bilmir. Belə ki, alqoritmlər konteksti, məsələn, otağın ölçüsünü və insanın olduğu yeri nəzərə almalı olur.    
 
Məlumata görə, "EQ Radio" sistemindən, məsələn, "Google Home" və ya "Apple HomePod" kimi "ağıllı" kolonkalarda istifadə mümkündür. "Emosiyalar detektoru" insanın nə vaxt stress keçirməsini müəyyənləşdirərək sakitləşdirici musiqini işə salır. Bundan başqa, sistem qocalarda ürək tutmasını vaxtında aşkarlamağa, eləcə də yatmış körpənin ürək döyüntüsünün nəbzini və sayını izləməyə kömək edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR