Rakkada vəziyyət pisləşdi

Rakkada vəziyyət pisləşdi
08:43 27 İyul 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Son ay ərzində Suriyanın Rakka şəhərində vəziyyət pisləşib.

Publika.az xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasına göndərdiyi məruzədə bildirilir.

“Şəhərdə vəziyyət son dərəcə ağırdır. Hava zərbələri və quru əməliyyatları nəticəsində mülki vətəndaşlar həlak olmaqda davam edir. İyun ayında Rakkada 173 nəfər həyatını itirib. Hazırda silahlıların nəzarəti altında olan ərazilərdə 30-50 min dinc insan qalmaqdadır ”, Quterreş yazıb.

Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD terror qruplaşması şəhəri "paytaxt" elan edib. 2016-cı ildə ABŞ rəhbərliyi altında beynəlxalq koalisiya şəhərin azad edilməsi üçün əməliyyata başlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR