Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi
08:47 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Rusiya qütb bölgəsində araşdırma aparmaq məqsədilə kiçik pilotsuz təyyarə istehsal edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "VRT 300" adlı təyyarə ilk dəfə MAKS 2017 sərgisində ictimaiyyətə təqdim edilib.
 
Pilotsuz təyyarə kiçik ölçüsünə baxmayaraq, 300 kq yük daşıya, 5 saat müddətində havada qala və saatda 180 km sürətə çata bilir.
 
Qeyri-adi nəqliyyat vasitəsi Antarktikada istifadə ediləcək. Belə ki, "VRT 300" gəmilərin nə ilə qarşılaşacağını müəyyənləşdirmək, onlara məlumat vermək, buzun qalınlığını ölçərək istiqaməti müəyyənləşdirmək kimi vəzifələri yerinə yetirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR