"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi
09:57 27 İyul 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm başa çatan kimi "Zirə"dən ayrılan Akim Latifunun yeni klubu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, nigeriyalı müdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

Belə ki, 27 yaşlı futbolçu bu ölkənin "Honved" klubu ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Məlumatı macarlar rəsmi sayt vasitəsilə açıqlayıblar.

Latifu "Zirə"yə bu ilin əvvəlində "Alanyaspor"dan keçmişdi.

Qeyd edək ki, müdafiənin mərkəzində və sağ cinahında oynamağı bacaran futbolçu Nigeriya yığmasında 2 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/567042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR