Tehran Hacıyev "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

Tehran Hacıyev "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
10:07 27 İyul 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyul. REPORT.AZ/ Volqoqradın mədəniyyətin inkişafına yönələn "Dostluq Evi" regional ictimai təşkilatının Azərbaycan şöbəsinin ümumi məsələlər üzrə koordinatoru Tehran Hacıyev, “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulması ilə əlaqədar bəyanat verib.
Platformanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir:
“Ermənistan Respublkasının və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini nəzərə alaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə düz yoldur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini vacib olduğunu , ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirəm.
Məqsədi Cənubi Qafqaz regionunda sülh və əminamanlıq qurmaq və onu saxlamaq olan Ermənsitan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Təəssüflə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm.
Buna görə də, məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/tehran-haciyev-ermenistan-azerbaycan-sulh-platformasi-na-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR