Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın... - FOTO

Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın... - FOTO
10:12 27 İyul 2017
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində növbəti miqrant faciəsi yaşanıb.

Dreyf edən rezin qayıqdakı miqrantlar batmaq təhlükəsi ilə üzləşəndə yükü azaltmaq üçün uşaqları, kişiləri, habelə hamilə qadını haqlayan ölümü görsələr də, onlara yardım edə bilməyiblər.

Milli.Az European-a istinadən bildirir ki, Aralıq dənizində keçirilmiş xilasetmə əməliyyatı nəticəsində 167 miqrant ölümdən qurtulub. Aralarında hamilə qadın və uşaqlar olan 13 nəfərsə batıb.

Bu zavallılar Liviyanın Sabrata şəhərinin sahillərində rezin qayığa oturaraq İspaniyaya keçmək istəyirdilər. Sahildən 20 km aralıda qayıq batmağa başlayıb.

Miqrantları İspaniyanın Sahil Mühafizəsi Qüvvələrinin əməkdaşları xilas ediblər.

İlin əvvəlindən bəri Aralıq dənizində 2200-dən artıq miqrant batıb. Bu isə gündə təqribən 10 miqrant deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/567035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR